Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya kansleri Fridrix Merts Macarıstanın müxalifətdəki Tisza partiyasının lideri Peter Magyarı ölkənin parlament seçkilərinin ilkin nəticələri münasibətilə təbrik edib.
Tezadlar.az xəbər verir ki, bu barədə siyasətçi sosial mediada paylaşım edib.
“Macarıstan qərarını verdi. Seçki qələbəniz münasibətilə təbrik edirəm, əzizim!” – Merts qeyd edib.
Almaniya kansleri “güclü, təhlükəsiz və vahid Avropa” üçün Magyarla işləməyi səbirsizliklə gözlədiyini söyləyib.
Macarıstanın parlament seçkilərinin ilkin nəticələri daha əvvəl açıqlanmışdı. Son rəqəmlərə görə, Baş nazir Viktor Orban məğlub olub və partiyası parlament çoxluğunu təmin edə bilməyib.
E.ŞİRİNOV