Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və İran arasında Pakistanda daimi atəşkəs üçün aparılan danışıqlar zamanı Vaşinqton hücumlara son qoymaq və dondurulmuş vəsaitlərin bir hissəsinin buraxılması müqabilində Tehrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dondurmağı tələb edib.
Tezadlar.az bildirir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, İslamabadda daimi atəşkəs üçün aparılan danışıqlar zamanı ABŞ dondurulmuş vəsaitlərin müəyyən hissəsinin buraxılmasına və hücumlara son qoymağa razılaşıb.
Məlumata görə, Vaşinqton administrasiyası bunun müqabilində İrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dondurmağı, eləcə də zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını və heç bir vergi ödəmədən Hörmüz boğazında sərbəst naviqasiyaya icazə verilməsini tələb edib.
Məlumatlarda qeyd olunur ki, İran tərəfi nüvə məsələsini “Tehranın təlimatlarına zidd olaraq” müzakirə edib, lakin tərəflər arasında fikir ayrılıqları əhəmiyyətli olub.
PAKİSTANDA DANIŞIQLARDA HEÇ BİR RAZILAŞMA BAŞ VERMƏMİŞDİR
ABŞ-ın vitse-prezidenti J.D.Vens Pakistanın İslamabad şəhərində İranla birbaşa danışıqların “razılaşma olmadan” başa çatdığını açıqlayıb.
Vens bildirib ki, “Biz 21 saatdır ki, bunun üzərində işləyirik və iranlılarla bir sıra vacib müzakirələr aparmışıq. Yaxşı xəbər budur. Pis xəbər isə odur ki, razılığa gələ bilməmişik. Düşünürəm ki, bu, İran üçün ABŞ-dan daha pis xəbərdir. Ona görə də razılaşma olmadan ABŞ-a qayıdırıq.”
İran mediası iddia edir ki, İslamabadda Tehran-Vaşinqton danışıqlarında ortaq çərçivə və razılaşma əldə edilməməsinin səbəbi ABŞ-ın həddindən artıq tələbləri olub.
E.ŞİRİNOV