Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı daim dəyişən mövqeyinə görə danışıqları pozmaqda günahlandırdı.
Tezadlar.az xəbər verir ki, o, bunu fransalı həmkarı Jan-Noel Barrota bildirib.
Əraqçi bildirib ki, “Danışıqlarda xeyli sayda məsələ üzrə irəliləyişlərə baxmayaraq, ABŞ maksimalist yanaşması və daim dəyişən tələbləri səbəbindən razılaşmanın hazırlanmasına mane olub”.
Tehran və Vaşinqton arasında danışıqlar aprelin 11-də İslamabadda baş tutub. ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident J.D.Vens görüşdən sonra tərəflərin razılığa gələ bilmədiyini açıqlayıb.
Daha sonra prezident Donald Tramp Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmilərin blokadaya alındığını elan edib. ABŞ Hərbi Dəniz Qüvvələrinə Tehrana keçid haqqı ödəyən gəmiləri izləmək və ələ keçirmək əmri verilib.
E.ŞİRİNOV