14 Aprel 2026 / 05:12

Vens İranla danışıqların perspektivlərini belə qiymətləndirdi

ABŞ-İran danışıqlarının davam etdirilməsi ilə bağlı sualları ən yaxşı şəkildə Tehrana ünvanlamaq olar; məsələ onların meydanındadır.

Tezadlar.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens “Fox News”-a verdiyi müsahibədə perspektivləri belə qiymətləndirib.

Vens qeyd edib ki, “Bu, ən yaxşı şəkildə iranlılara ünvanlanan sualdır, çünki top həqiqətən onların meydançasındadır”.

Əvvəllər ABŞ və İranın Hörmüz boğazı, nüvə məsələləri, müharibə təzminatları, sanksiyaların aradan qaldırılması və İranda və regionda münaqişəyə son qoyulması məsələlərini müzakirə etdikləri bildirilirdi. Lakin tərəflər razılaşma imzalaya bilmədilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!