Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Körfəzdə İran üçün bıçaq boğaza dirənib: rəsmi Vaşinqton Tehrandan sonda bütün zənginləşdirilmiş uran ehtiyatlarını tam təhvil verməsində israrlıdır. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib. “Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz əlimizdə saxlamaq istədiyimizi bildirmişik”, – deyən Vens həm də bildirib ki, nüvə silahı hazırlamaq planı olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, İranın nüvə proqramı ABŞ üçün narahatlıq doğurur.
Hələki İran Trampın bu tələblərini yerinə yetirməyə hazır kimi görünmür.