Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycan estradasının populyar gənc müğənnisi Ayaz Babayev doğum gününü qeyd edir. İfaçı özəl gününü izləyiciləri ilə sosial media hesabı vasitəsilə bölüşüb.
Özünəməxsus tərzi ilə seçilən Ayaz Babayev əlində ad günü tortu ilə çəkilmiş fotosunu “Doğum günüm mübarək!” qeydi ilə paylaşıb. Müğənninin fərqli imici və qara eynəyi pərəstişkarları tərəfindən maraqla qarşılanıb.
Paylaşım qısa müddət ərzində minlərlə bəyənmə toplayıb və şərh bölməsi təbrik mesajları ilə dolub. Sənət dostları və pərəstişkarları ifaçıya xoş arzularını ünvanlayıblar.
Son zamanlar çıxardığı hit mahnılarla trendlərdən düşməyən sənətçinin yeni yaşında daha böyük layihələrə imza atacağı gözlənilir. Ayaz Babayev hər zaman yaradıcılığında yeniliklərə açıq olduğunu və dinləyicilərini sürprizlərlə sevindirəcəyini vuvurğulayır.
Səbinə Bağırova
