14 Aprel 2026 / 13:52

“Qarabağ” FK XXVIII tur çərçivəsində keçiriləcək “Sabah” ilə qarşılaşmada xanım tərəfdarlarını sevindirəcək

Tezadlar.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” FK, XXVIII tur çərçivəsində keçiriləcək “Sabah” ilə qarşılaşmada xanım tərəfdarlarını sevindirəcək qərar qəbul edib. Klubun rəsmi sosial media hesablarından verilən məlumata görə, bu ev oyununda xanım azarkeşlər üçün stadiona giriş tamamila pulsuz olacaq.

Biletləri necə əldə etməli?

Girişin pulsuz olmasına baxmayaraq, stadionun təhlükəsizlik qaydalarına əsasən bilet tələb olunur. Xanım azarkeşlər öz biletlərini aşağıdakı ünvanlardan əldə edə bilərlər:

Məkanlar: Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları və ya “Park Bulvar” AVM-in 2-ci mərtəbəsində yerləşən klubun fan-şopu.

Vacib qeyd: Stadiona biletsiz giriş mümkün deyil, ona görə də xanımların öncədən biletlərini təmin etmələri xahiş olunur.

Oyunun təqvimi:

Rəqib: “Sabah” FK

Tarix: 18.04.2026

Saat: 19:30

Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu

“Dəstəyiniz gücümüzdür!”

“Qarabağ” klubu bu addımı ilə tribunada xanım azarkeşlərin sayını artırmağı və oyuna daha rəngarəng atmosfer qatmağı hədəfləyir. Klub rəhbərliyi bütün xanımları komandaya dəstək olmağa çağırır.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!