14 Aprel 2026 / 14:44

Ətir qadının avtoqrafiyası və ifadəsidir

Ətir emosiya hissi ifadə edən bir vasitədir. Ətir insanların əhval-ruhiyyəsini, xasiyyətini, tempramentini əks etdirən başlıca vasitələrdən biridir. Ona görə də hər kəsin özünəməxsus ətri olmalıdır. Ətir qadının fəlsəfəsidir. Hətta şəxsiyyətinin avtoqrafiysadır desək yanılmarıq. Ona görə də hər kəsin özünəməxsus ətir seçimi olmalıdır. Çünki ətir qadın haqqında daha çox informasiya daşıyır, nəinki imza. Ətirlər tək qiyməti və qalıcığı ilə deyil, şirinliyi və tündlüyü ilə də seçilir.

Bugün “Təzadlar.az” olaraq ətirlərin yaranma tarixindən, texnologiyalarından deyil, sadəcə 2026-cı ilin dünyanın ən bahalı və brend ətirlərinin hansılar olduğunu oxucularımıza təqdim edirik:

2026-cı ildə dünyanın ən bahalı ətirləri, əsasən nadir inqrediyentləri, xüsusi flakon dizaynları və qızıl/brilyant tərkibləri ilə seçilir.

2026-cı il üçün dünyanın ən bahalı və dəbdəbəli ətirləri:

  • Shumukh (The Spirit of Dubai):Dünyanın ən bahalı ətiri hesab olunur; brilyant, qızıl və nadir komponentlərlə bəzədilib və qiyməti 2,3 milyon dollardır.
  • DKNY Golden Delicious Million Dollar Fragrance Bottle:3000-ə yaxın qiymətli daşla işlənmiş flakona görə 1,5 milyon dollar dəyərindədir.
  • Clive Christian No. 1 Imperial Majesty:Nadir inqrediyentlərdən hazırlanan və Ginnesin Rekordlar Kitabına düşən brendin qiyməti 215000 dollardır.
  • Chanel No. 5 Grand Extrait:Klassik və yüksək dəyərli ətir kolleksiyasına daxil olan bu ecazkar ətrin qiyməti 18500 dollardır.
  • Baccarat Les Larmes Sacrees de Thebes:Özünəməxsus kristal flakonlu bahalı  ətrin bazar qiyməti 6800 dollardır.

Bu ətirlər sadəcə qoxu deyil, həm də sənət əsəri və investisiya kimi qiymətləndirilir.

Hazırladı:RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!