14 Aprel 2026 / 23:45

Azərbaycan U-19 qadın futbol millisi seçmə mərhələdə ağır məğlubiyyət aldı

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Tezadlar.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil olunan görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!