Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya çağırış yaşına çatmış kişilərin Ukraynaya qaytarılmasını asanlaşdıracaq.
Tezadlar.az xəbər verir ki, kansler Fridrix Merts bunu Berlində Vladimir Zelenski ilə görüşündə açıqlayıb.
Alman siyasətçisi bildirib ki, Berlin Almaniyada sığınacaq axtaran Ukrayna vətəndaşları ilə bağlı məsələlərdə sıx əməkdaşlıq etmək niyyətindədir və “onların vətənə qayıtmasını asanlaşdıracaq”.
Mertsin Ukrayna parlamentinin YouTube kanalındakı yayıma istinadən verilən məlumata görə, “Biz Ukrayna ilə birlikdə burada sığınacaq axtaran ukraynalı kişilərin sayını məhdudlaşdırmaq üçün çalışacağıq, çünki onların orada olmaları və ölkələrinə kömək etmələri vacibdir”.
Bu arada, Zelenski Berlində keçirilən mətbuat konfransında çıxış edərək Almaniya kanslerinin açıqlamasını dəstəkləyərək qeyd edib ki, hər iki ölkənin müvafiq xidmətləri bu məsələni həll etməlidir.
Onun sözlərinə görə, xaricdə Ukraynanı müvəqqəti olaraq tərk edən çağırış yaşına çatmış ukraynalılar var, amma “məlum olur ki, onlar illərdir buradadırlar”. Zelenski əlavə edib ki, bir çoxları qanunu pozaraq ölkəni tərk ediblər.
Ukraynalı siyasətçi bildirib ki, “Ukrayna Silahlı Qüvvələri onların geri qayıtmasını istəyir… bu, ədalət məsələsidir. Cəbhədə insanlarımız var və onların rotasiyası lazımdır”.
Qeyd olunur ki, tərəflərin bu məsələdə necə əməkdaşlıq edəcəyinin təfərrüatları məlum deyil.
E.ŞİRİNOV