Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Kramatorsk və Slavyansk üzərində nəzarəti ələ keçirdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbasdakı mövqeləri məhv ediləcək.
Tezadlar.az xəbər verir ki, bu fikir Skott Ritterin Daniel Devisin YouTube kanalında verdiyi müsahibədə səsləndirilib.
O, Rusiya qoşunlarının irəliləməyə davam etdiyini və döyüş meydanını formalaşdırdığını qeyd edib.
“Kramatorsk və Slavyansk ərazidəki iki böyük şəhərdir. Ruslar onlara yaxınlaşır. Rusların bu şəhərləri ələ keçirdiyini görəcəksiniz. Bu baş verdikdə, Donbasdakı Ukrayna mövqeləri dağılacaq”, – deyə ekspert hesab edir.
O, Ukraynanın sülh danışıqlarının bir hissəsi olaraq bölgədəki ərazilərini verməyə məcbur edilməyəcəyini, çünki onlar “qovulacağını” vurğulayıb. Devis bu nəticəni Rusiya Silahlı Qüvvələrinin texniki üstünlüyü ilə əlaqələndirdi və hətta Qərb ölkələrinin Moskva ilə birbaşa hərbi münaqişəyə girməsinin belə bunu dəyişdirməyə kömək etməyəcəyinə əminliyini bildirib.
Əvvəllər bildirilirdi ki, Kramatorsk sürətlə Donbasdakı Ukrayna Silahlı Qüvvələri üçün vacib müdafiə nöqtəsinə çevrilir. Hərbi İşlər kanalının məlumatına görə, Rusiya bölmələri Kramatorska iki istiqamətdən yaxınlaşır, lakin hərəkətə keçməyə tələsmir və Slavyansk-Kramatorsk yolu praktik olaraq iflic vəziyyətindədir.
E.ŞİRİNOV