Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, tanınmış aktyor, Əməkdar artist Rafael İskəndərov sosial media hesabındakı paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.
Moskvaya yola düşməyə hazırlaşan sənətçi Heydər Əliyev Beynəlxalq Aeroportunda avtobusla təyyarəyə aparılarkən qəfil dəyişən hava şəraitini videoya çəkib. Çöldə yağan dolunu görüntüləyən aktyor özünəməxsus zarafatyana üslubda narazılığını bildirib:
“Hava dəyişdi… Bəs deyirdilər Pasxadan sonra düzəlir, noldu?”
Qeyd edək ki, sənətçinin bu ironik paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Hazırda paytaxtda qeyri-sabit hava şəraiti müşahidə olunur ki, bu da səfərə hazırlaşan sənətçinin diqqətindən yayınmayıb.
Səbinə Bağırova