Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycanın Xalq artisti Brilliant Dadaşova türkiyəli pop ulduz Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımları haqqında işlətdiyi ifadələrə kəskin etirazını bildirib. Sənətçi həmkarının Azərbaycan qadınlarının makiyaj tərzi ilə bağlı tənqidlərinə sərt cavab verib.
Xalq artisti milli dəyərlərə və xalqımıza qarşı olan hər hansı bir tənqidə laqeyd qala bilməyəcəyini vurğulayıb:
“Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır”.
Hadisənin konsert zamanı Azərbaycan qadınlarının “abartılı (həddindən artıq) makiyaj” etdiyini deməsi Brilliant Dadaşovanı qəzəbləndirib. O, türkiyəli müğənninin özünün də səhnə obrazlarında ifrata vardığını eyham edərək sözlərinə belə davam edib:
“Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını abartılı makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi abartırsan. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan”.
Xatırladaq ki, bir müddət önçə Bakıda konsert verən Hadisə səhnədə Azərbaycan xanımlarının gözəlliyindən bəhs edərkən, onların makiyajda həddindən artıq rənglərdən istifadə etdiyini qeyd etmişdi. Bu fikir sosial şəbəkələrdə və sənət camiasında birmənalı qarşılanmayıb.
Səbinə Bağırova