26 Aprel 2026 / 18:24

İstanbulda nəfəslər kəsiləcək: “Galatasaray” “Fenerbahçe” matçı

Tezadlar.az xəbər verir ki, Türkiyə Trendyol Süper Liqasının 31-ci həftəsində futbol dünyasının ən böyük rəqabətlərindən biri olan “Galatasaray” – “Fenerbahçe” qarşılaşması baş tutacaq. Çempionluq yarışının taleyini həll edə biləcək bu qarşılaşma “Rams Park” stadionunda keçiriləcək.

Türkiyə vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 21:00) start götürəcək oyunda hər iki komanda qələbə üçün meydana çıxır. “Sarı-qırmızılılar” öz meydanında üstünlüyünü qorumağa çalışarkən, “Sarı-lacivərtlilər” rəqibini səfərdə məğlub edərək xal fərqini azaltmaq niyyətindədir. Dünyanın maraqla gözlədiyi bu dərbini on milyonlarla insanın izləyəcəyi gözlənilir.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!