26 Aprel 2026 / 22:18

Azərbaycan Derbisində “Qarabağ” Şousu: “Neftçi” öz meydanında məğlub oldu

Tezadlar.az Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan Azərbaycan derbisi gözlənilməz hesabla başa çatıb. “Palms Sports Arena”da keçirilən qarşılaşmada “Qarabağ” səfərdə “Neftçi”ni 5:1 hesabı ilə darmadağın edib.

Qonaqların heyətində parlaq oyun nümayiş etdirən futbolçular rəqib qapısına 5 qol vuraraq çempionluq yolunda növbəti inamlı addımlarını atıblar. “Neftçi” isə azarkeşləri önündə ağır məğlubiyyətlə barışmalı olub. Oyunun sonunda “Qarabağ” azarkeşləri qələbəni böyük coşğu ilə qeyd ediblər.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!