Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 22:15

Galatasaray derbi qələbəsindən sonra 5 milyon avro bonus aldı

Xəbər verdiyimiz kimi, Super Liqanın 31-ci həftəsinin çoxdan gözlənilən derbi matçında “Qalatasaray” evdə “Fənərbağça”nı 3-0 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizədə əhəmiyyətli üstünlük qazanıb.

Tezadlar.az xəbər verir ki, matçdan sonra bonuslarla bağlı detallar diqqət çəkib.

Jurnalist Haluk Yüreklinin sözlərinə görə, “Qalatasaray” prezidenti Dursun Özbek derbidən sonra soyunma otağında oyunçulara ümumilikdə 5 milyon avro bonus veriləcəyini açıqlayıb.

Xatırladaq ki, oxşar bonus Çempionlar Liqasında Liverpulla oyun üçün də təklif olunmuşdu, lakin hədəfə çatılmadığı üçün ödəniş edilməmişdi. Bildirilib ki, bu bonus “Fənərbağça” üzərində qələbədən sonra oyunçulara paylanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!