28 Aprel 2026 / 21:39

“Qarabağ”ın tarixində silinməz iz: Adil Nadirovun doğum günüdür

Tezadlar.az xəbər verir ki, bu gün Azərbaycan futbolunun və xüsusilə Ağdamın “Qarabağ” klubunun formalaşmasında müstəsna xidmətləri olan Adil Nadirovun doğum günüdür.

Adil Nadirov sadəcə bir idman xadimi deyil, “Qarabağ”ın ruhunu yaşadan şəxsiyyətlərdən biri hesab olunur. O, klubun tarixində həm futbolçu, həm baş məşqçi, həm də təsisçi kimi fəaliyyət göstərərək adını tarixə qızıl hərflərlə yazdırıb. Xüsusilə Ağdamın işğalı dövründə və sonrakı çətin illərdə klubun ayaqda qalması, fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıqlar nümayiş etdirib.

Qeyd edək ki, Adil Nadirov 2019-cu il yanvarın 28-də vəfat edib. Onun vəfatı təkcə “Qarabağ” ailəsi üçün deyil, bütün Azərbaycan futbol ictimaiyyəti üçün böyük itki olmuşdu.

Hər il olduğu kimi, bu il də klub rəhbərliyi, futbolçular və azarkeşlər Adil müəllimi dərin hörmət və ehtiramla anırlar. Onun qoyduğu irs bu gün “Qarabağ”ın beynəlxalq arenalardakı uğurlarında yaşamağa davam edir.

Allah rəhmət eləsin!

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!