Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan millisinin üzvü, “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayevin karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb.
Tezadlar.az -ın əldə etdiyi məlumata görə, top almaq, rəqib hücumlarının qarşısını kəsmək bacarığı ilə də seçilən milliləşdirilmiş dağıstanlının “ağ-qaralar”a qoşulması planlaşdırılmır.
Belə ki, “Neftçi” hazırda bu keçidi reallaşdırmaq barədə düşünmür. Cari mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilib-bilməyəcəyi dəqiqləşməyən Bakı təmsilçisi istəyinə çatsa belə, Xaybullayev klubun əsas transfer hədəflərindən biri olmayacaq.