30 Aprel 2026 / 14:49

30 Aprel: Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrin Yaradılmasından 27 İl Ötür

Tezadlar.az xəbər verir ki, Bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən elit və döyüş qabiliyyətli bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının ildönümüdür. 1999-cu il aprelin 30-da ulu öndər Heydər Əliyevin fərmanı ilə əsası qoyulan bu birlik, ötən illər ərzində şərəfli döyüş yolu keçərək ordumuzun qürur mənbəyinə çevrilib.

Qəhrəmanlıqla Yazılan Tarix

Vətən Müharibəsi və digər hərbi əməliyyatlarda göstərdikləri misilsiz şücaətlərlə tanınan xüsusi təyinatlılarımız, ölkəmizin ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayırlar. Onların peşəkarlığı və vətənpərvərliyi hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir.

Xüsusi Təyinatlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq!

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!