Əsas məzmuna keç

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regional sülh üçün mühümdür

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

Təzadlar.az xəbər verir ki, O bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə “Era Teatrı” tərəfindən hazırlanan tamaşadan əvvəlki açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tarixi qələbə bütün regionda sülhün bərqərar olması üçün mühüm əhəmiyyət daşıyır.

S.Mirzəyev qeyd edib ki, hazırda region ölkələrinin rəhbərləri də çıxışlarında sülhün qorunmasının, iqtisadi inkişafın və insanların dinc şəraitdə yaşamasının vacibliyini xüsusi vurğulayırlar.

Deputat hesab edir ki, Azərbaycanın zəfəri regionda gələcəkdə hər hansı yeni münaqişənin və müharibənin baş verməməsi üçün mühüm təminatdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…