Əsas məzmuna keç

Milli Onkologiya Mərkəzində partlayış -XƏSTƏ ÖLDÜ-SƏBƏB BİLİNDİ

Az əvvəl Bakının Yasamal rayonu ərazisində, Mətbuat prospektində yerləşən Milli Onkologiya Mərkəzində partlayış baş verib. Tezadlar.az xəbər verir ki, partlayış otaqların birində baş verib. Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

Bəs partlayışa səbəb nədir? Xəstələrin sosial mediada yaydığı xəbərə görə, hadisəyə səbəb xəstə M.Əliyevin ölümə aparan ağır səhhəti ilə bağlı intihar etməsidir. Bu qeyri-rəsmi səbəbdir, lakin istintaq orqanının verdiyi dəqiq xəbərdən sonra hər şey bəlli olacaq.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…