Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2026 / 09:22

İsrail Livanın cənubunda qan tökməyə davam edir

İsrail ordusunun Livanın cənubundakı Habbuş şəhərinə hücumu nəticəsində ölənlərin sayı 12-yə, yaralananların sayı isə 25-ə çatıb.

17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubundakı hücumları davam edir.

Tezadlar.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri hücum təhdidinin ardınca axşam saatlarında Habbuş şəhərini hədəfə alıb.

Livan Səhiyyə Nazirliyi ölənlərin sayının 12-yə çatdığını, bir gənc qız və dörd qadın da daxil olmaqla 25 nəfərin yaralandığını açıqlayıb.

Nazirlik əvvəllər altı ölüm və səkkiz yaralanma barədə məlumat vermişdi.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları təşkil edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında 2600-dən çox insanın öldüyünü bildirib.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumlarını və evlərin sökülməsini davam etdirir. “Hizbullah” da atəşkəsin pozulmasını əsas gətirərək İsrail qoşunlarına qarşı hücumlar həyata keçirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!