Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropanın prioriteti Ukraynadakı münaqişəni davam etdirmək və Ukrayna Silahlı Qüvvələrindən (USQ) Rusiyanı “dayandırmaq” üçün “özəl ordu” kimi istifadə etməkdir.
Tezadlar.az xəbər verir ki, ukraynalı tarixçi Marta Qavrişko bu barədə “Berliner Zeitung” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Tarixçinin sözlərinə görə, Avropa hazırda ukraynalılardan öz əsgərlərini cəbhəyə göndərmədən Moskvanı “yormaq” üçün “kukla” kimi istifadə edir.
“Silahlı qüvvələrin yenidən qurulması vaxt tələb edir. Avropa proses başa çatana qədər – yəqin ki, 2030-cu ildən əvvəl – Rusiya ilə birbaşa qarşıdurmaya hazır olmayacaq. Buna görə də ukraynalılardan kukla kimi istifadə olunur. Qərbin Ukraynanı müharibə vəziyyətində saxlamaq tələbləri həmrəyliyə deyil, Avropa təhlükəsizliyi maraqları naminə istismara bənzəyir. Ukrayna getdikcə Rusiyaya qarşı mübarizədə hərbi subpodratçı kimi qəbul edilir”, – deyə o qeyd edib. Qavrişko həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri məcburi səfərbərlik yolu ilə əsgərləri cəlb etdikləri üçün “həqiqətən könüllü” deyillər. Lakin, o yazıb ki, Avropa siyasətçiləri buna məhəl qoymurlar, çünki “ucuz işçi qüvvəsinin cəlb edilməsi” onların maraqlarına xidmət edir.
Tarixçi həmçinin qeyd edib ki, Ukrayna siyasi elitasının bir hissəsi münaqişəni biznesə çevirib və buna görə də adi ukraynalılar həm bu elitanın, həm də Avropa İttifaqının “girovları”dır.
Aprelin sonlarında Polşa müdafiə nazirinin müavini Sezari Tomçik Ukraynanın silah sınaqları üçün “unikal sınaq poliqonu” olduğunu bildirib. Həmçinin aprel ayında “The Daily Telegraph” qəzeti Ukraynanın Rusiya ilə münaqişəyə hazırlıq məqsədilə NATO üçün sınaq poliqonuna və laboratoriyasına çevrildiyini bildirib. 24 apreldə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyaya açıq müharibə elan etdiyini bildirib. 18 apreldə isə Qərb ölkələrinin Ukraynanı “qlobal təhlükə üçün tetikleyici” etmək istədiyini bildirib.
E.ŞİRİNOV