Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilməz və ilk olan hadisə: Gürcüstanın İctimai kanalında yayımlanan “Ranina” uşaq müsabiqəsinin IX mövsümündə “Şən Azərbaycan” mahnısı təqdim olunub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, müsabiqənin üçüncü mərhələsində 10 yaşlı iştirakçı Zurab Naskidaşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun reperturarından olan mahnını ifa edib. Azərbaycan dilində ifa alqışlarla qarşılanıb. Münsiflər heyətinin bütün üzvləri ifanı bütün göstəricilər üzrə 10 xalla qiymətləndiriblər.
Qeyd: “Ranina” vokal müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin populyar mahnılarını təqdim edirlər. Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.