Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərindəki Hörmüz boğazında bir neft tankerinin sursatla vurulduğunu açıqlayıb.
Tezadlar.az-ın məlumatına görə, UKMTO-nun açıqlamasında deyilir ki, naməlum sursat BƏƏ-də Fuceyradan təxminən 145 kilometr (78 dəniz mili) şimalda bir neft tankerinə dəyib.
Açıqlamada əlavə edilib ki, heyət təhlükəsizdir və hadisə ilə bağlı araşdırma aparılır.
Açıqlamada ərazidəki gəmilər ehtiyatla hərəkət etməyə çağırılıb və hər hansı şübhəli fəaliyyət barədə məlumat verilməsi tövsiyə olunub.
E.ŞİRİNOV