4 May 2026 / 10:59

Makron Bakıda həbsdə olan separatçılardan danışıb və deyib ki…-SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, bu gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayır və sammitin açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək. Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

Bu arada Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron deyib ki, “Bakıda saxlanılan və müharibə cinayətlərinə görə məhkum edilən “separatçı“ “erməni əsirlər”lə bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra Prezident İlham Əliyevlə müzakirə edəcək”.

Təbii ki, bu Makronun ermənilərin gözündə daha bir atalıq qayğısı mənasını daşıyır… Amma Makron da gözəl bilir ki, bu separatçılar- Azərbaycan torpağında ikinci erməni dövləti qurmaq istəyən yaramazlar həm də erməni xalqına düşmənçilik ediblər, müharibə cinayətləri ilə Azərbaycana 30 il ərzində yüz milyardlarla dollar ziyan vurublar… Bunları bilə-bilə onların azadlığa buraxılmasından danışmaq yersiz və gülüncdür…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!