Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ildə Rusiyada dövlətə xəyanətdə təqsirli bilinənlərin sayı 200-ü keçib.
Rusiya mediasının məlumatına görə, bu barədə RF Ali Məhkəmənin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, 219 nəfər Rusiya Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsi ilə məhkum edilib.
Daha 14 nəfər casusluqda, 29 nəfər isə Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş xarici dövlət və ya təşkilatla məxfi əməkdaşlıqda təqsirli bilinib.
Bütün təqsirləndirilən şəxslər həbs cəzasına, ikisi isə ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmələr dövlətə xəyanətdə təqsirli bilinənlərin əksəriyyətini (156 nəfər) 10 ildən 15 ilə qədər həbs cəzasına məhkum edib və eyni cəza ən çox casusluqda təqsirli bilinən əcnəbilərə tətbiq edilib.
Xarici dövlətlər və təşkilatlarla məxfi əməkdaşlıqla bağlı işlərdə cəzalar iki ildən səkkiz ilə qədər olub.
Dövlətə xəyanətdə təqsirli bilinənlər arasında 14-17 yaş arası 12 yeniyetmə, 5 vəzifəli şəxs və 12 hərbi qulluqçu var.
2024-cü ildə 145 nəfər dövlətə xəyanətə, 21 nəfər Rusiyanın təhlükəsizliyinə qarşı əməkdaşlIğa, 23 nəfər isə casusluğa görə məhkum edilib.
JASMİN