Cəmilova Töhfə Ramiz qızı TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.
2023-cü ildə London Universitetinin “London School of Hygiene and Tropical Medicine” məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.
2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.
2017–2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik Respublikası, Tacikistan və Türkmənistanda səhiyyə və qidalanma sahəsində müxtəlif beynəlxalq proqramların rəhbəri vəzifəsində çalışıb.
2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası əhalinin sağlamlığının qorunmasında qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
2015-ci ildə “Səhiyyənin təşkili və ictimai səhiyyə” ixtisası üzrə Tibb işçilərinin sertifikasiyasından keçib. 2017-ci ildə nəşr olunmuş “Səhiyyənin idarəedilməsi” adlı dərs vəsaitinin həmmüəllifidir.