4 May 2026 / 15:14

TƏBİB-in İcraçı direktoruna müşavir təyin olunan Bahadur Rzayevin DOSYESİ

Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
Tezadlar.az -a bu barədə TƏBİB-dən məlumat verilib.
B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub.
Elmi fəaliyyəti çərçivəsində 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində dissertasiya mövzusu üzrə araşdırmalar aparıb.
2022–2023-cü illərdə isə dövlət proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində səhiyyə siyasəti və idarəetməsi ixtisası üzrə ikinci magistr təhsilini ən yüksək nəticə və fərqlənmə ilə tamamlayıb.
2019–2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.
B.Rzayev 2021-ci ildə keçirilən “Yüksəliş” müsabiqəsinin finalçısı olub. O, həmçinin 2023 və 2024-cü illərdə Almaniyada yaşayan azərbaycanlı həkimlərin forumunda məruzəçi kimi çıxış edib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!