4 May 2026 / 20:50

İran Hörmüzdən keçən BƏƏ tankerinə PUA-larla hücum etdi- TƏCİLİ

Bölgədə vəziyyət təhlükəli həddə dönüş edir. Belə ki, bu gün İranın hərbi qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar. Onlardan üçü ölkənin ərazi suları üzərində zərərsizləşdirilib, daha biri isə dənizə düşüb.

Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində hərbi vəziyyət elan edilib. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!