İsrail Prezidenti İsaak Herzoq ABŞ Prezidenti Donald Trampın İsrailə 4 milyard dollarlıq yardımı dayandırmaq qərarı barədə əvvəlcədən məlumatlandırılmadığını bildirərək, “Bu vəziyyət məni ildırım kimi vurdu” deyib.
Tezadlar.az xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, İsrailin ən güclü müxalifət partiyası olan Yaşarın nümayəndə heyəti ilə məsləhətləşmə görüşü zamanı Prezident Herzoq “Amerika yardımının kəsilməsi məsələsi məni çox narahat edir. Çox narahat edir” deyib.
Trampın 3 noyabrda, ABŞ-da ara seçkilər günü İsrailə 4 milyard dollarlıq yardımı kəsmək qərarı ilə bağlı Herzoq “Bu vəziyyət məni ildırım kimi vurdu” deyib və əlavə edib ki, Vaşinqtonla münasibətləri qorumaq üçün İsraildə hökumət qurulmalı və yeni seçkilərdən qaçınmaq lazımdır.
Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımı dayandıracağını demişdi.
3 noyabrda ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımı dayandıracağını açıqlayıb.
İlin sonuna qədər İsrailə yardımın dayandırılması barədə razılığa gəlindiyini bildirən Tramp “Artıq İsrailə pul verməyəcəyik” deyib.
İsrail dövlət televiziyası KAN Trampın ABŞ-da ara seçkilər günü elan edilən “gözlənilməz” qərarının İsrail Müdafiə Nazirliyi və ordusunda təəccüb doğurduğunu bildirib.
ELBAR







