Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2026 / 12:16

Rusiya paytaxtının sakinləri mobil internetsiz qalıb

Moskvada mobil internet söndürülüb, insanlar hətta “ağ siyahı” saytlarının (whitelist-ing. xüsusi olaraq icazə verilmiş resursların, saytların və ya istifadəçilərin siyahısıdır) belə işləmədiyindən şikayətlənirlər.

Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada mobil internet və onlayn xidmətlərin fəaliyyətində problemlərlə bağlı şikayətlərin sayı kəskin artıb.

“Detector404” real-vaxt monitorinq xidmətinin məlumatına görə, paytaxtda son bir saat ərzində təxminən 300 müraciət daxil olub, sutka ərzində isə şikayətlərin sayı demək olar ki, 2,9 minə çatıb.

İstifadəçilər ən çox mobil internetin işləməməsindən, eləcə də mobil rabitə və messencerlərin fəaliyyətində yaranan problemlərdən şikayət edirlər. Hətta “ağ siyahı”ya daxil olan saytların belə işləmədiyi barədə məlumatlar var.

Hesabatda ən çox şikayət olunan operator və xidmətlər arasında Rusiyanın MTS, “Beeline”, Yandex Go, “Megafon” və Yota operatorları qeyd olunub.

Nasazlıqların rəsmi səbəbi hələ açıqlanmayıb.

 

xezer

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!