8 May 2026 / 10:55

Ermənilər qondarma erməni soyqırımını unutmursa, biz real Xocalı soyqırımını unuda bilərikmi?!

İki gün əvvəl Fransa prezidenti Makron Azərbaycanla sülh sazişi bağlamaq istəyən, buna sevinərək can atan işğalçı Ermənistan prezidenti ilə birlikdə “qondarma erməni soyqırımı” abidəsini ziyarət edib. Bilməliyik ki, Fransa bu “qondarma erməni soyqırımı”nı nəinki tanıyır, hətta onu inkar edənlərə qarşı cəza da tətbiq edir və indi də bu qanun qüvvədədir… Hazırda Əlcəzair prezidenti də Türkiyəyə səfər edib.
Sosial şəbəkələrdə belə bir status da oxuduq: “…Fransa 100 ildən artıq Əlcəzairi işğal altında saxlayıb və dəfələrlə soyqırımı törədib. 3 milyona yaxın insan öldürüb, milyonlarla insana işgəncələr verilib və əli, ayağı, qulağı, burnu kəsilərək şikəst edilib. Fransa bəşəriyyət əleyhinə törətdiyi bu qatı cinayətlərə görə haçansa cavab verməli olacaq.
Ermənilərlə fransızları nə mədəniyyət, nə eyni coğrafiya, nə dil birləşdirir. Onları yalnız tökdükləri müsəlman qanı birləşdirir. Biri Əlcəzairdə, digəri Bakıda, Şamaxıda, Qubada, Xocalıda. Bu qanları əsla unutmaq olmaz!”.
Bəli, tamamilə doğrudur, ermənilər qondarma erməni soyqırımını unutmursa, biz real Xocalı soyqırımını, digər erməni vəhşiliklərini unuda bilərikmi?!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!