Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bu gün 2 ballistik raket atılıb, 3 pilotsuz uçuş aparatı göndərilib. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, atılan 2 ballistik raket və 3 pilotsuz uçuş aparatı BƏƏ-nin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. BƏƏ MN bu gün baş verən hücum nəticəsində 3 nəfərin xəsarət aldığını açıqlayıb. Qeyd olunub ki, İranın BƏƏ-yə qarşı hücumlarının başlanmasından indiyədək HHM sistemləri ümumilikdə 551 ballistik raket, 29 qanadlı raket və 2263 pilotsuz uçuş aparatını məhv edib. Məlumata əsasən, indiyədək zərbələr nəticəsində yaralananların ümumi sayı 230 nəfərə çatıb.