Əsas məzmuna keç

Qırğız vətəndaşı Rusiyada iş təklifi ilə aldadılaraq müharibəyə göndərilib- Qırğızıstan nota verdi

qirqiz sefir rusiya

Qohumları bir Qırğızıstan vətəndaşının müharibəyə məcbur edildiyini iddia edirlər.

Qırğızıstanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək Qırğızıstan vətəndaşı Elistan Toktogulovun tezliklə vətəninə qayıtmasını istəyib.

Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi bu barədə 5 noyabrda məlumat verib.

Məlumatın verilməsinə səbəb, naməlum şəxslərin saxtakarlıq hərəkətləri nəticəsində Rusiyadakı hərbi hissəyə düşən Qırğızıstan vətəndaşı haqqında mediada yayılan məlumat olub.

Səfirlik, həmçinin hadisənin hallarını araşdırmaq, günahkarları müəyyən etmək və qanuna uyğun olaraq məsuliyyətə cəlb etmək xahişi ilə müvafiq Rusiya hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

Diplomatlar Elistan Toktogulovun qohumları ilə daim əlaqə saxlayırlar.

Nazirlik qeyd edib ki, vəziyyət nəzarət altındadır və lazımi yardımın göstərilməsi üçün səylər davam edir.

Xatırladaq ki, 4 noyabrda Manasda 21 yaşlı Elistan Toktogulovun qohumları hakimiyyət orqanlarına müraciət edərək onun evə qayıtmasına kömək istəyiblər.

Qardaşı Kuştarbekin sözlərinə görə, gənc oğlan İnstaqram vasitəsilə Rusiyada iş təklifi tapıb.

Ona 105.000-110.000 rubl maaşla yükləyici, mühafizəçi və ya avtomobil mexaniki kimi iş vəd edilib.

Ailəsi iddia edir ki, Rusiyaya gəldikdən sonra o, aldadılıb və Ukraynada müharibəyə getməyə məcbur edilib.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…