Nikol Paşinyan 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 sammitində iştirak etmək üçün Türkiyəyə səfər etmək planlarını açıqladı.
Tezadlar.az xəbər verir ki, Baş nazirin özü bunu brifinq zamanı jurnalistlərə bildirib.
“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getmək planlarım var”, – deyə Nikol Paşinyan bəyan edib.
Qeyd edək ki, Zirvə görüşü 9-20 noyabr tarixlərində Antalyada 197 ölkənin iştirakı ilə keçiriləcək.
JASMİN







