8 May 2026 / 19:55

Cristiano Ronaldo “Messi” şüarlarına belə reaksiya verdi

Kriştiano Ronaldo tribunadan “Messi” şüarlarına cinsiyyət orqanına toxunaraq reaksiya verərkən görülüb.

Kriştiano Ronaldo oyun zamanı tribunadan “Messi” şüarlarına verdiyi reaksiya ilə gündəm olub.

Tezadlar.az xəbər verir ki, oyun zamanı bəzi azarkeşlərin Lionel Messinin lehinə şüarlar səsləndirməsi Kriştiano Ronaldonun qəzəbinə səbəb olub.

Portuqaliyalı ulduzun tribunaya tərəf dönərək cinsiyyət orqanına dəfələrlə toxunduğu anlar sosial mediada sürətlə yayılıb.

Ronaldonun bu hərəkəti futbol azarkeşləri arasında böyük müzakirələrə səbəb olub və sosial mediada çoxsaylı şərhlər yazılıb. Xüsusilə Messi ilə bağlı şüarlardan sonra baş verən reaksiya dünya mətbuatında da geniş işıqlandırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!