8 May 2026 / 21:25

İTV-yə baş direktor olmaq istəyənlərin adları açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

Tezadlar.az  bildirir ki, Audiovizual Şuradan APA-ya verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu

5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi “İctimai televiziya və radio yayımı haqqında” qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!