8 May 2026 / 21:40

12 il sonra bir anda beş uşaq anası oldu

Afrikada bir qadın 12 illik sonsuzluqdan sonra bir dəfəyə beş uşaq dünyaya gətirib.

Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, Harari bölgəsində yaşayan 35 yaşlı Bədriya Adəmin dünyaya gətirdiyi uşaqlar dörd oğlan və bir qızdır. Doğuş ixtisaslaşmış xəstəxanada qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Naif, Ammar, Münzir, Nazira və Ənsar adları verilən körpələrin hamısının vəziyyəti yaxşıdır.

Xəstəxananın baş həkiminin sözlərinə görə, ana və körpələr hələ də həkim nəzarəti altındadır. O həmçinin qeyd edib ki, Bədriya süni mayalanma (EKO) olmadan, təbii yolla hamilə qalıb. Təbii yolla beşəm hamiləlik ehtimalı təxminən 55 milyonda bir hesab olunur.

 

Çoxuşaqlı ana bildirib ki, hamiləlik zamanı ona dörd uşaq olacağı deyilsə də, doğuş zamanı beşinci uşaq da dünyaya gəlib.

“Mən yalnız bir uşaq üçün dua etmişdim, amma Allah mənə beş uşaq verdi”, — deyə o bildirib və sevincini sözlə ifadə edə bilmədiyini əlavə edib.

O etiraf edib ki, uzun illər ərzində psixoloji və emosional çətinliklər yaşayıb, kənd sakinləri onun ana ola biləcəyinə şübhə ilə yanaşıblar. Əri, əvvəlki nikahdan bir uşağı olsa da, onu dəstəkləyib və bir uşağın kifayət olduğunu deyib. Buna baxmayaraq, Bədriya dərin depressiya keçirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!