11 May 2026 / 21:01

Qəzzada iki mülki şəxs həlak olub, 8 nəfər yaralanıb

Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağının müxtəlif yerlərinə hücumları iki mülki şəxsin ölümünə və səkkiz nəfərin yaralanmasına səbəb olub.

Tezadlar.az xəbər verir ki, xəstəxana mənbələrinə görə, Məhəmməd Xader Tavtah Qəzza şəhərinin cənub-şərqindəki Səlahəddin küçəsində İsrail atəşi nəticəsində həlak olub.

Qəzzanın cənubundakı Xan Yunisdə İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində bir fələstinli mülki şəxs həlak olub.

Qəzzanın şimalındakı Beyt Lahiya ərazisində İsrailin artilleriya atəşi nəticəsində altı nəfər yaralanıb. Yaralılar, o cümlədən bir uşaq və bir qadın Şifa Xəstəxanasına aparılıb.

Beyt Lahiya şəhərində İsrail atəşi nəticəsində yaralanan bir fələstinli də Şifa Xəstəxanasına gətirilib.

İsrail ordusu Qəzza şəhərindəki “Sarı Xətt”dən atəş açaraq bir fələstinli gənci də yaralayıb.

10 oktyabr 2025-ci ildə Qəzzada qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu bölgədəki hücumlarını davam etdirir. Bu hücumlar indiyə qədər 800-dən çox insanın ölümünə və 2000-dən çox insanın yaralanmasına səbəb olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!