Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Jandarma Baş Komandanlığının 33 əyalətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirdiyi əməliyyatlarda tutulan 69 şübhəlidən 43-ü həbs edilib.
Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və əyalət jandarma komandanlıqları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə Ankara, İstanbul və İzmir də daxil olmaqla 33 əyalətdə FETÖ-nü hədəf alan əməliyyatlar həyata keçirilib.
Əməliyyatlarda terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərən, təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlayan, terror təşkilatı ilə əlaqəli sözdə yardım təşkilatlarına maliyyə dəstəyi verən, sosial media hesabları vasitəsilə terror təbliğatı aparan və xaricə qaçmağa cəhd edən 69 şübhəli saxlanılıb.
Şübhəlilərdən 43-ü həbs edilib, 7 nəfərə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir.
E.ŞİRİNOV