Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2026 / 16:29

Hindistan şəkər ixracına qadağa qoydu

Qadağa 30 sentyabr 2026-cı il tarixinədək qüvvədədir.

Müvafiq əmr 14 may tarixində respublikanın xarici ticarət baş idarəsi tərəfindən dərc edilib.

Qurumun veb saytında dərc olunmuş məlumatda deyilir: “Xam şəkər, ağ şəkər və rafinə edilmiş şəkər də daxil olmaqla, şəkər ixracı ilə bağlı siyasət “məhdudlaşdırılmış” kateqoriyadan “qadağan olunmuş” kateqoriyaya dəyişdirilərək dərhal qüvvəyə minir və 30 sentyabr 2026-cı il tarixinədək və ya sonrakı xəbərdarlığa qədər qüvvədədir”.

Qeyd edək ki, əvvəllər xaricə şəkər ixracına yalnız xüsusi lisenziya ilə icazə verilirdi.

Qadağa daxili bazarda təklifi artırmaq və inflyasiya riskləri və Yaxın Şərqdəki vəziyyətlə bağlı qeyri-müəyyənlik fonunda qiymətləri cilovlamaq məqsədi daşıyır.

Lakin məhdudiyyətlər xüsusi razılaşmalar çərçivəsində həyata keçirilən Avropa Birliyi və ABŞ-a şəkər ixracına təsir göstərməyəcək.

Bu razılaşmalar müəyyən həcmdə məhsulun azaldılmış və ya sıfır gömrük rüsumları ilə tədarükünə imkan verir.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!