Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2026 / 16:44

Türkiyə ilə birbaşa ticarət əlaqəsi Ermənistanda malların qiymətlərini ucuzlaşdıracaq – Mirzoyan

“Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə sərhəd də açılacaq”

Ermənistan və Türkiyə arasında birbaşa ticarətə maneələrin aradan qaldırılması malların qiymətinin aşağı düşməsinə səbəb olmalıdır.

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakim “Vətəndaş müqaviləsi” Partiyasının seçki kampaniyası zamanı jurnalistlərə bildirib.

Ermənistan mediasının məlumatına görə, Mirzoyan ticarətin inkişafı üçün əlverişli şərait yaradıldığını qeyd edib.

Əvvəllər Türkiyədən Ermənistana mallar gətirilirdisə, əvvəlcə Gürcüstanda gömrükdən keçirilir, sonra isə Ermənistana ixrac kimi sənədləşdirilirdi.

“Bu, biznes üçün əlavə xərc idi və bu da sonradan Ermənistanın özündə malların qiymətini artırırdı. İndi mexanizm dəyişəcək: gömrük baxımından malları birbaşa Ermənistana idxal etmək mümkün olacaq. Sərhəd bağlı olsa da, mallar yenə də Gürcüstan vasitəsilə daşınacaq. Amma əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə sərhəd də açılacaq”, – deyə o qeyd edib.

Mirzoyan vurğulayıb ki, Türkiyənin qərarı ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımdır.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!