Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında güclü fırtına və şiddətli yağışlar nəticəsində ən azı 104 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan başqa, onlarla yaralının olduğu bildirilir.
Əlverişsiz hava şəraiti 98 evin zədələnməsinə və 130 baş mal-qaranın tələf olmasına səbəb olub. Ştatın bir sıra rayonlarında narıncı təhlükə səviyyəsi elan edilib.
Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
“Mayın 13-də əlverişsiz hava şəraiti 89 nəfərin ölümünə səbəb olub”, – Uttar-Pradeş ştatının yardım üzrə müvəkkili “X”dəki paylaşımında bildirib.
Eyni zamanda bildirilib ki, fırtına, leysan və ildırım vurması nəticəsində 53 nəfər xəsarət alıb, 87 evə ziyan dəyib.