14 May 2026 / 20:45

Avropa İttifaqı və bir sıra ölkələr təşəbbüsü dəstəkləyir

Səudiyyə Ərəbistanı regionda gərginliyi azaltmaq üçün İran və digər Yaxın Şərq ölkələri arasında hücum etməmək haqqında paktın bağlanması təklifini irəli sürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” (FT) qəzeti yazıb.

Onların məlumatına görə, bir çox ölkələr və Avropa İttifaqının strukturları Ər-Riyadın təşəbbüsünü bəyənərək, onu “gələcək münaqişələrdən qaçmağın ən yaxşı yolu” kimi dəyərləndirib. Onlar Fars körfəzi ölkələrini təklifi dəstəkləməyə çağırıb, çünki ehtimal olunan pakt İranın bir daha hücuma məruz qalmayacağına dair zəmanət ola bilər.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar keçirilib, lakin nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran da öz növbəsində boğazın Fars körfəzinə gedən gəmilər üçün bağlandığını elan edib. Bölgədəki vəziyyət qlobal enerji böhranına səbəb olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!