14 May 2026 / 23:35

Oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması, məhkumun qaçması və gizlənməsi

Türkiyənin Aksaray bölgəsində törətdiyi 52 cinayətə görə toplam 101 il 5 ay 25 gün həbs cəzası kəsilən qaçaq gizləndiyi evdə tutulub.

Tezadlar.az xəbər verir ki, bu haqda TRT Haber məlumat yayıb.

Belə ki, İl Jandarma Komandanlığı qrupları “oğurluq”, “rəsmi sənədləri saxtalaşdırma”, “məhkumun qaçması”, “məhkumun gizlənməsi” kimi 52 cinayətdən 101 il 5 ay 25 gün həbs cəzası aldığı təsdiqlənmiş D.K.-nın şəhər mərkəzindəki evinə basqın edib.

Basqın zamanı yaxalanan D.K. lazımi prosedurlar tamamlandıqdan sonra tutularaq həbsxanaya göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!