15 May 2026 / 13:26

Rövşən Nəcəf və Abduqani Sanginov BANM-də təhsil alan özbək tələbələrlə görüşüblər

SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov “Özbəkistanın nefti və qazı – #OGU2026” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində SOCAR-ın pavilyonunda Bakı Ali Neft Məktəbində təhsil alan özbək tələbələrlə görüşüblər.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb:
“Hər iki şirkət rəhbəri tələbələrin təhsili ilə maraqlanıb, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, SOCAR və “Uzbekneftegaz” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına əsasən 16 özbək tələbə BANM-də Kimya mühəndisliyi ixtisasının Neft və Qaz Texnologiyası ixtisaslaşması üzrə təhsil alır.
Əlavə olaraq, “Uzbekneftegaz”ın 3 əməkdaşı SOCAR və “Uzbekneftegaz” təqaüdləri ilə BANM-də MBA proqramında təhsil alır.
Hazırda BANM-də 25 nəfərədək özbək tələbə təhsil alır”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!