Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Çin Sədri Si Cinpinlə görüşdən sonra Vaşinqtona qayıdarkən onunla danışıqlar apardığını bəyan edib.
Tezadlar.az-ın məlumatına görə, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Kansler vurğulayıb ki, Almaniya Hörmüz boğazının blokadasının aradan qaldırılmasını və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı təşəbbüslərinə sadiqdir.
“İran dərhal danışıqlar masasına qayıtmalıdır. O, Hörmüz boğazını açmalıdır. Tehranın nüvə silahına sahib olmasına yol verilməməlidir”, – F.Merts yazıb.
O, həmçinin vurğulayıb ki, ABŞ lideri ilə Rusiya və Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllini müzakirə edib.