15 May 2026 / 22:32

İsrail: Qəzzada Qəssam Briqadalarının yüksək rütbəli üzvü hədəfə alınıb

İsrail müdafiə naziri Yisrael Katz İsrail ordusunun atəşkəsə baxmayaraq, Qəzza şəhərinə hava hücumunda HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının yüksək rütbəli üzvü İzzəddin əl-Həddadı hədəfə aldığını iddia edib.

Tezadlar.az müdafiə naziri Katz ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək, İsrailin Qəzza şəhərinə hava hücumu haqqında məlumat verib.

Katz əmri Baş nazir Benyamin Netanyahu ilə birlikdə verdiyini və atəşkəsə baxmayaraq, Qəzza şəhərinə hücumda İzzəddin Əl-Qəssam Briqadalarının əsas komandirlərindən biri olan Əl-Həddadı hədəf aldıqlarını iddia edib.

Sosial mediada yayılan görüntülərdə hücum nəticəsində Qəzza şəhərindəki bir binanın zədələndiyi və yandığı göstərilir.

İsrailin müdafiə naziri Katz əvvəllər Xəlil əl-Həyya və Qəssam Briqadalarının əsas komandirlərindən biri olan İzzəddin əl-Həddad da daxil olmaqla, HƏMAS-ın bütün yüksək vəzifəli liderlərini sui-qəsdlə hədələmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!