16 May 2026 / 21:17

Hörmüz boğazında təxminən 2 min gəmi ilişib qalıb

ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından sonra İran Hörmüz boğazını bağlayıb və təxminən iki min gəmi və 20.000 heyət üzvü bölgədə ilişib qalıb.

Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi “Fars” Xəbər Agentliyinin məlumatına görə, İranın bağlanması səbəbindən təxminən 2000 gəmi və 20000 heyət üzvü Hörmüz boğazında qalıb.

Bəzi gəmilərin İranın razılığı ilə Hörmüz boğazından keçə bildiyi, lakin bir çox gəminin heyətləri ilə birlikdə sığorta problemləri və təhlükəsizlik narahatlıqları səbəbindən boğazdan keçə bilmədiyi bildirilib.

İddia edilirdi ki, bəzi gəmiçilik şirkətləri gəmilərin və heyətlərinin sığortasını ləğv edərək gəmilərin digər limanlarda lövbər salmasına mane olub.

İran 28 fevralda ABŞ və İsrailin hücumları başladıqdan sonra Hörmüz boğazını bağlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!